yaraşıqlı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yaraşıqlı
sif. Yaraşığı olan, görünüşcə qəşəng, gözəl. Yaraşıqlı paltar. Yaraşıqlı qız. – [Ağa Mərdanın arvadı:] Məni Hacı Qafurun arvadı yaraşıqlı (z.) görsə, əlbəttə, artıcaq sayar. M.F.Axundzadə. Ay quşcuğazlar nə yaraşıqlısız; Can kimi bəslənməyə layiqsiz. A.Səhhət. [Humay] çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi. İ.Əfəndiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yaraşıqlı
gözəl, qəşəng, bəzəkli
{güzel, süslü, bezenmiş}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yaraşıqlı
pekala, yakışıklı