xələt
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xələt
is. [ər.]
1. Bəxşiş, hədiyyə. Hərə bir cür xələt götürüb Eyvazı pişvaz elədilər. “Koroğlu”. [Hacı Mehdi:] Sənə də bir yaxşı xələt verərəm. Ə.Haqverdiyev. [Bəşir:] Sona xala, oğlunu yola gətirmişəm. De görüm, mənə nə xələt verəcəksən? S.S.Axundov. // Toy, nişan mərasimlərində verilən hədiyyə. Novruz bayramında qız üçün bayram xələti, novbar meyvə, yemiş alıb göndərərdilər. H.Sarabski.
2. bax. xalat 2-ci mənada. Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki: – Xələti-şahanəni gətirin, qibleyialəmi geyindirin! M.F.Axundzadə. Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. Bir azdan sonra dəhlizdə böyük lampalar yandı, Əbülfət Mirzə əynində tirmə xələt qapını açdı. M.S.Ordubadi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
xələt
hədiyyə, bəxşiş, sovqat, ən’am
{hediye, bahşiş, armağan, inam}