xışıltı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xışıltı
is.
1. Bir-birinə dəyən, sürtünən şax şeydən və ya axan sudan çıxan xəfif səs, xış-xış səsi. Atlaz xalatların xışıltısı. – Ay qara buludun dalına girdi, yerə qara pərdə çəkildi. Ocağın alovu söndü, meşədə xışıltı artdı. A.Divanbəyoğlu. Xışıltı ilə axan çayın səsi ətrafın sükutuna başqa bir ahəng verirdi. T.Ş.Simurq. Söyüdlü arx yarpaqların incə xışıltısı altında səssizcə axıb gedirdi. İ.Əfəndiyev.
2. Təngnəfəslikdən törəyən boğuq səs; töyşük. [Sədrin] sinəsindəki xışıltı get-gedə artırdı. B.Bayramov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
xışıltı
xırıltı, şırıltı, uğultu, gurultu
{hırıltı, şırıltı, uğultu, gürültü}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
xışıltı
hışırtı