turklehceleri.org

xırda

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xırda

sif.
1. Həcmcə, ölçücə, boyca kiçik, balaca. Xırda boy. Xırda əl. Xırda həb. Xırda daş. – ..Zeynal özü ilə ancaq xırda bir dəftərçə götürdü.. B.Bayramov. // Addım haqqında. Əlində qəhvəyi rəngli kiçik redikul, xırda və yeyin addımlarla gedən Lətifə başını yuxarı qaldıranda Tahiri gördü. M.Hüseyn.
2. Yaşca kiçik, balaca. Xırda qız. Xırda uşaqlar. – Mən İrəvana çatan kimi Hacının xırda oğlu Məşədi Ələkbər çıxdı qabağıma və zor ilə məni apardı evlərinə. C.Məmmədquluzadə. Camaatın içərisində Cavadın diqqətini cəlb edən xırda, sarışın bir oğlan uşağı var idi. Ə.Vəliyev. Bir dəstə xırda uşaq Kamili araya aldı. M.Süleymanov.
3. məc. O qədər də əhəmiyyəti olmayan, diqqəti cəlb etməyən, ikinci dərəcəli, cüzi. Əvvələn, xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür. C.Məmmədquluzadə. [Leyla:] Xırda hisslərlə yaşayan insan min il yaşasa da elə kölgədir. B.Vahabzadə.
4. Maddi imkanları az olan, iqtisadi cəhətcə zəif. Xırda mülkiyyətçi. Xırda təsərrüfatlar. Xırda müəssisələr.
5. Yüksək, ictimai və ya xidməti vəzifə tutmayan. Xırda məmur. O, idarədə xırda bir vəzifədə çalışır.
6. Yüngülvari, cüzi. Xırda alver. – [Məlikin] atası xırda alverçi idi.. M.İbrahimov. Aşağı bazarda xırda alış-verişçilər, baqqallar, dərzi və papaqçılar yerləşmişdi. H.Sarabski.
7. İs. mənasında. Xırda pul (metal ağ və ya qara pul). Zahidoğlu əlini uzadıb xırdanı götürdü və yavaşca cibinə atdı. S.Rəhimov. [Təmraz:] Mehralı, sən zəhmət çəkmə, məndə xırda var. S.Rəhman. [Nəcəf bəy Cavanşir bəyə:] Sən [Bəhruza] nə qədər vermişdin ki, o sənə bu qədər xırda qaytarmışdır. Ə.Məmmədxanlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xırda

kiçik, balaca, cüz’i
{küçük, ufak, az}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xırda

ufak


Son arananlar: