turklehceleri.org

xınalı

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xınalı

sif.
1. Xına çəkilmiş, xınalanmış, əl-ayağına xına qoyulmuş. Xınalı barmaqlar. – ..Dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. M.İbrahimov. Manqalın işığında qadının xınalı dırnaqları və barmağındakı qızıl üzük işıldadı. İ.Hüseynov.
2. Xınaya bulaşmış, xına dəymiş. [Münəvvər xanım:] Mənim də o xınalı baş dəsmalımı götür, sabunla isti suda yu. Mir Cəlal.


Son arananlar: