turklehceleri.org

xoruldamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xoruldamaq

f.
1. Yuxuda ikən xorultu (xor-xor) səsi çıxartmaq. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Ə.Haqverdiyev. Çay hazırlanmış olduğu vaxt Murad bəy mürgüləyir, Cavad bəy xoruldayaraq yuxulayırdı. T.Ş.Simurq.
2. məc. Bərk yatmaq, yuxuda olmaq. Bahadır atlar bağlanan yerə gedib, gördü ki, Novruz xoruldayır. N.Nərimanov. Ara-sıra səkinin üstündə və meydanlarda uzanıb xoruldayanlara da rast gəlmək olur. M.İbrahimov.
3. “Mır-mır” səsi çıxartmaq; mırıldamaq. Pişik bərk xoruldayır.
4. məc. Mırıldanmaq, deyinmək, donquldanmaq. [Cənnətəli ağa:] Belə iş olarmı, ay camaat, .. həm darımı yesin, həm də mənə xoruldasın. N.Vəzirov.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xoruldamaq

horlamak, horuldamak


Son arananlar: