turklehceleri.org

xay

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xay

is. Dənizdə, göldə, çayda tam sakitlik, sakit hava, küləksizlik. Hava xoş, dəniz xay, əncir-üzüm bol; Dənizdə oğlanlar, qızlar çimirlər. R.Rza. // Sif. mənasında. Əsəbləri sığallayır bu xoş hava, bu xay hava; Gözəlliklər ağuşunda nəfəs alır bu yurdyuva. S.Rüstəm. Suyun xay səthində cənub günəşinin yandırıcı şüaları göz qamaşdırırdı. Ə.Əbülhəsən.


Son arananlar: