turklehceleri.org

xata

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xata

is. [ər.]
1. bax. xəta. // Qəbahət, qüsur, günah, yanılma, istənilmədən edilən səhv. Kiçikdən xata, böyükdən əta. (Ata. sözü). • Xata eləmək – səhv iş görmək, yanılmaq, səhv etmək. [Koroğlu:] Koroğlu eylədi xata; İndi sən bax bu büsata. “Koroğlu”.
2. Qorxu, təhlükə, xətər ehtimalı. Sənin xatan var. Xatadan qurtarmaq. // Qorxulu, təhlükəli, faciə ilə nəticələnə bilən iş, hərəkət, əməl; qorxu, təhlükə. Bəzi yerdə çiy ət yemək adətdir, çiy əti zəif xəstəyə və uşağa da verirlər. Amma belə çiy ət yeməyin xatası var. H.Zərdabi. Bu xatadan sovuşsam, çarmıxa çəksələr də; Ağzımı kilidlərəm, danışmaram bir daha. B.Vahabzadə. ‣ Xata baş vermək – ölüm və ya başqa ağır bir hadisə üz vermək. [İlyas Adiləyə:] Anamın da ürəyinə dammışdı ki, əgər mən Tərlanı minsəm, nə isə bir xata baş verəcək. Ə.Məmmədxanlı. Xata çıxar(t)maq – faciə ilə nəticələnə və ya pis nəticəsi ola biləcək bir iş görmək. [Ata:] O qalmışdı bir xata çıxardasan? S.Rəhimov. [Mindilli:] Yenə komissiya? Əşi, xata çıxarma, dayan... S.Rəhman. Xata dəymək – bəla üz vermək, xətər toxunmaq, zərər dəymək. Öz əlimlə xata dəydi özümə; Bədəndən qolumun sağı kəsildi. Aşıq Ələsgər. Xatada qalmaq – pis, çıxılmaz vəziyyətdə qalmaq, əngələ düşmək. İşə zərbə vurmuşam?! Ya işə gecikmişəm?! Əcəb kələyə düşdük, əcəb qaldıq xatada. S.Rüstəm. Xatanı başdan eləmək – gözlənilən təhlükədən uzaqlaşmaq, uzaqlaşdırmaq, qorxudan çıxmaq. Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən, bu xatanı mənim başımdan elə, al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır. Ə.Haqverdiyev. Xatası başdan olmaq – xatası, təhlükəsi aradan qalxmaq, yox olmaq, sovuşmaq. Veysin xatası başdan olsaydı, [Allahqulunun] fikrincə, qalan hər şey öz yolu ilə düzələcəkdi. Ə.Əbülhəsən. Xataya düşmək – əngələ düşmək, təhlükəli vəziyyətə düşmək. Heç nədən xataya düşən dəllək diz qapaqları titrəyə-titrəyə küncə dayandı. S.Rəhimov. [Qurban Telliyə:] Həmişə yuxumda dəvə görəndə o biri gün xataya düşürəm, Telli. Ə.Məmmədxanlı. Əlindən xata çıxmaq – istəmədən adam öldürmək, qan tökmək. [Səkinə xanım:] Nə söyləyirsən, sən dayan, getmə, əlindən xata çıxar! M.F.Axundzadə. [Mirzə İsmayıl:] Dəli iyiddir. Əlindən xata çıxa bilər. Ə.Haqverdiyev. Öz(ü)-özünü xataya salmaq – gördüyü işin nəticəsini fikirləşmədən işini əngələ salmaq, özünü çətin vəziyyətə, bəlaya salmaq. [Səlimqızı:] Ay balam, özünüzü xataya salmayın. C.Cabbarlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xata

I. təhlükə, qorxu, xətər
{tehlike, korku, çekince}

II. günah, təqsir
{günah, taksir}

III. səhv, yanlış, qələt, qüsur
{hata, yanlış, galat, kusur}

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

xata

(Russian) peasant house (in Russian & Ukraine).

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

xata

a. Hata. Basma xatasi – Matbaa hatası; baskı hatası. Xata qilmaq – Hata yapmak. Xata anglimaq – Yanlış anlamak.

Sahaca—İngilizce Sözlük (Straughn, 2006)

xata

adv. finally


Son arananlar: