turklehceleri.org

vərəqə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

vərəqə

is.
1. Kiçik vərəq; vərəq. Sual vərəqəsi. Anket vərəqəsi.
2. Üzərində mühüm siyasi xəbərlər və s. çap olunmuş kiçik kağız vərəqi. [Müsafir:] Sən məndən sonra söylədiklərini anlatmalısan. Tapşırdıqlarımı unutma! Al, sənə lazım olan kitabları və vərəqələri də verim. H.Nəzərli. Mirbalayev vərəqəni alıb şam işığında gözdən keçirdi. M.Hüseyn. // Üzərində işin gedişi və s. haqqında məlumat yazılmış kağız. Cəlilzadə yavaş-yavaş məktəblərin şəbəkəsini göstərən xüsusi enli vərəqəni çıxarıb, stolun üstünə sərdi. S.Rəhimov. ‣ Vərəqəsini bükmək – tərk etmək, bir daha məşğul olmamaq, nəhayət vermək. [Kazım:] Yox, bir söz demir.. Ancaq deyir ki, Səfər qaçaqlığın vərəqəsini büksün, kasıblığa qurşansın. Çəmənzəminli.


Son arananlar: