vəhşət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vəhşət
is. [ər.]
1. Vəhşilik, mədəniyyətsizlik. [Məşədi bəy:] Yəqin sənin də bacın vəhşilərlə pəncələşməkdən yorulub, özünü yandırıb. Sizdəki vəhşətlərdən xəbərim var. M.Hüseyn.
2. Qorxu, dəhşət. Hamının üzündə vəhşət, iztirab və qorxu əlaməti görünürdü. P.Makulu. • Vəhşət etmək (eləmək) – qorxmaq, dəhşətə gəlmək. Nə Məcnunam ki, vəhşət eyləyim Leyla cəfasından. S.Ə.Şirvani. // Tənha yerlərdə təklikdə hiss olunan qorxu; vahimə, qarabasma. Vəhşət vermək – dəhşətə salmaq, dəhşətə gətirmək, bağrını yarmaq. Nizə və təbərlərin saplarındakı düşmən sümükləri vəhşət verirdi. Çəmənzəminli.
3. Hüzn, kədər, tənhalıq. [Sitarə:] Əsib badi-xəzan vəhşət düşürtdü səhni-gülzarə. C.Cabbarlı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
vəhşət
I. vəhşilik, mədəniyyətsizlik
{vahşilik, medeniyetsizlik}
II. qorxu, dəhşət
{korku, dehşet}
III. hüzn, kədər, tənhalıq
{hüzün, keder, yalnızlık}