turklehceleri.org

vəcd

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

vəcd

is. [ər.] Həddən artıq sevinc, şadlıq, ruh yüksəkliyi; hədsiz şövq və həvəs. Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim. M.F.Axundzadə. Salman “Kapital”ı əlinə alıb vəcdlə (z.): – Bu kitab köhnə aləmi tamamilə yıxacaq, – dedi, – daşı daş üstə qoymayacaq. Çəmənzəminli. // Özünü itirmək dərəcəsində dalğınlıq. Şair bu sözləri vəcd halında söyləyərək, bihuşanə yıxılıb hərəkətsiz qalır. A.Səhhət. • Vəcd etmək – bax. vəcdə gəlmək. [Xacə Mübarək:] Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. M.F.Axundzadə. Vəcdə gəlmək – son dərəcə sevinmək, şadlanmaq, şövqə gəlmək, ruhlanmaq. Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab. S.Rüstəm. Hamı vəcdə gəlir .. bu məsləhəti; Bəyənib dəyişir aşıq söhbəti. O.Sarıvəlli. Vəcdə gətirmək – cuşa gətirmək, ruhlandırmaq. Bu sözlər qocanı vəcdə gətirdi. İ.Əfəndiyev. Tapdığın iri, qüvvətli görkəmi isə topçuları vəcdə gətirdi. Ə.Əbülhəsən.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

vəcd

I. şövq, həvəs
{şevk, heves}

II. dalgınlıq
{dalgınlık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

vəcd

cezbe, coşku, vecde


Son arananlar: