turklehceleri.org

vurnuxmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

vurnuxmaq

f.
1. Boş-boşuna o tərəf-bu tərəfə getmək; qurdalanmaq, yerində hərəkət etmək, boş-boşuna daim hərəkətdə olmaq, əlləşmək, çalışıb-çapalamaq. Səhərdən axşamadək vurnuxmaq. – [Dayım] sonra yenə bir o tərəf-bu tərəfə vurnuxdu. C.Məmmədquluzadə. ...Həmişə görərdin ki, [Əsgər] ülgücbülövünü xurcuna qoyub, tülənmiş sərçə kimi vurnuxur. B.Talıblı. Mahmud indi hospitalın uzun dəhlizində sağa-sola vurnuxur, şəfqət bacısını axtarırdı. Ə.Əbülhəsən.
2. Təşvişə düşmək, təlaşa düşmək, həyəcana düşmək, nə edəcəyini bilməmək, özünü ora-bura vurmaq. İndi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən, arvad iztiraba düşüb vurnuxurdu. Ə.Haqverdiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

vurnuxmaq

I. təlaşlaşmaq, təşvişləşmək, həyəcanlaşmaq
{telaşlaşmak, vesveseleşmek, heyecanlanmak}

II. qurdalanmaq, əlləşmək
{kurcalanmak, dokunmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

vurnuxmaq

dolaşmak, kımıldamak, telaşlanmak, yerinde saymak


Son arananlar: