turklehceleri.org

vasil

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

vasil

[ər.]: vasil etmək – çatdırmaq, qovuşdurmaq, yetişdirmək, nail etmək. Müjdə ki, muradım oldu hasil; Məqsudə səni haq etdi vasil. Füzuli; • vasil olmaq – çatmaq, yetişmək, varmaq, qovuşmaq, nail olmaq. Əzazilin sözün tutma, anın vəsvasına uyma; Ki, iblisə uyan olmaz könül məqsudinə vasil. Nəsimi. [Qətibə:] Daha başqaları həqiqətə vasil olmadan bütün sərf edilən təlaşları mənfəətsiz görür. M.S.Ordubadi. Bil ki, məqsudə olarsan vasil; Yerdə, göydə, nə isə əlhasil. A.Səhhət.


Son arananlar: