varavurd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
varavurd
is. dan. Götür-qoy eləmə, çox ölçüb-biçmə, hərtərəfli düşünmə. [Yusif] çox varavurddan sonra axırda bu fikrin üstündə dayandı və ən çətin bir məsələni həll edən tələbə kimi sevindi. Ə.Vəliyev. • Varavurd etmək (eləmək) – bax. varavurdlamaq. Qonaqlar getdilər, padşah düşdü fikrə, vəzir varavurd eləyib gördü ki, padşah çox fikirdədi. (Nağıl). [Salavat] Qulama qəfilcə qəbul etdiyi qərarını bir də soyuqqanlılıqla yoxlayıb, varavurd etmək imkanını verdi. Ə.Əbülhəsən.