turklehceleri.org

uzaqlaşdırmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

uzaqlaşdırmaq

f.
1. Bir qədər uzaq etmək, uzağa çəkmək, kənara çəkmək. Stolu özündən uzaqlaşdırmaq. Hədəfi on metr uzaqlaşdırmaq. // Getməyə, bir yeri tərk etməyə məcbur etmək. Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. S.Rəhimov. [Ataş:] Yaxşısı budur Qönçəylə Mürsəli buradan müvəqqəti uzaqlaşdırım. Ə.Vəliyev.
2. Bir şeyin vaxtını gecikdirmək, daha uzaq bir vaxta keçirmək. Gözlənilməz hadisə məsələnin həllini uzaqlaşdırdı.
3. Əlaqələri kəsmək, yadlaşdırmaq. [Rüstəm bəy:] Nə edəcəyimi indidən deyə bilmərəm, ancaq onu bilirəm ki, hər nə olsa da, var qüvvəmlə rəqibimi məhbubəmdən uzaqlaşdırardım. Çəmənzəminli. Onu başımdan çıxarmaq, özümdən uzaqlaşdırmaq istəyirdim. S.Hüseyn. // Uzaqlaşmasına, əlaqəni kəsməsinə, yadlaşmasına səbəb olmaq. Onun bu münasibəti məni ondan uzaqlaşdırdı.
4. Qovmaq, rədd etmək, yaxın qoymamaq. Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən... al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır. Ə.Haqverdiyev. // Eyni mənada bəzən “başından”, “özündən” və s. sözlərlə. Murad gözlərini açdı. Ayağa qalxdı, damağına hücum edən qara fikirləri özündən uzaqlaşdırmaq istədi. S.Hüseyn. Vaqonlar [Rübabəni] götürüb, sanki Gəldiyevin şərindən uzaqlaşdırmaq üçün yeyinlədi. Mir Cəlal.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

uzaqlaşdırmaq

uygulamak


Son arananlar: