ucdantutma
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ucdantutma
zərf və sif. Fərq qoymadan, ayırmadan, arada buraxmadan, hamını, başdan-başa, bilavasitə bir-birinin ardınca, bir-bir. Ucdantutma siyahıya alma. Ucdantutma səfərbərlik. – Kim insanları ucdantutma pis hesab eləyirsə, onun öz ürəyi təmiz deyil. M.Hüseyn. [Ataş:] Gündə iki dəfə mənzili axtarılanda, ucdantutma çölə tökülüb işsiz qalanda fəhlə də qırmızı bayraq qaldırar. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ucdantutma
seçmədən, biryerdən
{seçmeden, bir yerden}