turklehceleri.org

təşbeh

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təşbeh

is. [ər.]
1. Bənzər, oxşar; bənzətmə, oxşatma, bənzəmə, oxşama. Ağ günə təşbehdir sənin cəmalün; Eşqindən salmışam aləmə bir ün. M.P.Vaqif. Oxşarı, təşbehi, kölgəsi deyil; Dünyada hər şeyin özü gözəldir. B.Vahabzadə.
2. ədəb. Bədii əsərdə bir hadisəni, adamı və ya şeyi başqa bir hadisəyə, adama və ya şeyə bənzətməkdən ibarət məcaz. Realizm və xəlqilik Vaqifin seçdiyi mövzularda, dil və təşbehlərdə də özünü göstərir. M.İbrahimov. Səmədin o dövrdəki ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarıvəlli.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

təşbeh

teşbih


Son arananlar: