turklehceleri.org

təsəlli

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təsəlli

is. [ər.] Bir acını az da olsa unutduracaq, dərdi, qəmi yüngülləşdirəcək, təskin edəcək söz, nəsihət və ya yaxşılıq; ovundurma, təskinlik. Bir təsəllidir sənə ol söz ki derlər var sübh. Füzuli. Bu təsəlli mənə bəsdir, olar asudə halım. A.Səhhət. • Təsəlli vermək – dərdinə, qəminə şərik olub onu sakitləşdirmək, ürək-dirək vermək, təskinlik vermək. Zərnigar dərdini deyib, başladı ağlamağa. Qarı qıza təsəlli verib, durub gəldi padşahın yanına. (Nağıl). Elə bil [Məşədibəy] əlini Səlimin çiyninə qoyub təsəlli verirdi. M.Hüseyn. Təsəlli tapmaq – sakitləşmək, dərdini unutmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

təsəlli

teskinlik, ümid
{avuntu, ümit}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

təsəlli

teselli


Son arananlar: