təqlid
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təqlid
is. [ər.]
1. Başqasının hərəkətini, danışıq tərzini və s.-ni eynilə təkrar etmə, özünü ona oxşatmağa çalışma; yamsılama. • Təqlid etmək – başqasının hərəkətlərini, danışıq tərzini və s. xüsusiyyətlərini təkrar etmək, özünü ona oxşatmağa çalışmaq, yamsılamaq. Marat danışanda açıqdan-açığa Tərlanı təqlid edirdi, bəzi sözləri onun kimi cəld və kəskin deməyə xüsusi fikir verirdi. M.Hüseyn. 3-4-cü sinfin uşaqları İlyas müəllimin dərsini vaxtında öyrənir, sözünə qulaq asır, hərəkətini təqlid edirdilər. Mir Cəlal. Təqlidini çıxarmaq – gülmək üçün başqasını yamsılamaq. Əyyar Bəhramın iki şir arasından tacı götürüb başına qoyduğunun təqlidini çıxarır. A.Şaiq. [Nəbi:] Biz, ağaların qumar oynamalarının təqlidini çıxardırıq. S.S.Axundov.
2. Başqa əsərə bənzədilərək yaradılan əsər; oxşatma, bənzətmə. Əsər orijinal əsər deyil, təqliddir.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
təqlid
bənzətmə, oxşatma
{benzetme, taklit etme}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
təqlid
özenti, taklit