təpik
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təpik
is. Ayaqla vurulan zərbə. Telli bütün acığını [pişikdən] çıxarmaq istəyirdi. Ayağilə ona bir təpik ilişdirdi. S.Hüseyn. // Şıllaq. • Təpik atmaq – ayağı ilə vurmaq, vurmaq üçün ayağını, ya ayaqlarını işə salmaq (at və s. heyvanlar haqqında). [Nabat:] ..Gülsüm bacı, hərdənbir o düyəyə də baxarsan, Allah vurmuş dəlidir, təpik atıb südü dağıdar, arvadı vurar, yıxar. C.Cabbarlı. Təpiyə qalxmaq – hər iki ayağı ilə təpik vurmaq, təpikləmək, təpik atmaq. [Gülo:] Yaman dəymişi gözlə, yoxsa bu da vəlləyib dərzi dağıdacaq, – dedi və özünü təpiyə qalxan ala cöngəyə tərəf tulladı. S.Rəhimov. ‣ Təpik-təpiyə vermək (gəlmək) – təpikləşmək, yola getməmək. [Qurban Telliyə:] Zarafat deyil, o böyük alim Mudrova zidd gedirik. Akademiklə təpik-təpiyə vermişik! Ə.Məmmədxanlı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
təpik
şıllaq
{tekme}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
təpik
tekme