təmənna
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təmənna
is. [ər.]
1. Arzu, istək, dilək, xahiş. Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən; Şişməyə başladı indi üzü qarə cigərim. M.Ə.Sabir. Var idim çoxdan ol təmənnadə; Dolaşaydım çıxıb bu səhradə. A.Səhhət. • Təmənna etmək – rica etmək, xahiş etmək. Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən, görsünlər, ona bir xəbər .. gətirə bilərlərmi? F.Köçərli. [Şamo:] Mən özüm şəxsən sizdən heç bir şey təmənna etmirəm. S.Rəhimov.
2. Müəyyən məqsədlə edilən yaxşılıq, kömək. O heç bir kəsin təmənnasını qəbul etmir. Ə.Vəliyev. // Arzu olunan şey, tələb, məqsəd. [Pristav Mürsələ:] Sənin Turaclıya nə təmənna ilə gəldiyin də mənə məlumdur. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
təmənna
istək, arzu, umma, yalvarma, dilək, rica, təvəqqə
{istek, arzu, umut, yalvarma, dilek, rica, temenni}