tələ-
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tələ
is. Vəhşi və ov heyvanlarını və ya quşları, eləcə də siçan və s. tutmaq üçün cürbəcür qurğu. Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdir. H.Sarabski. // məc. Hiylə, qurğu. [Mahmud bəy:] Çoxdandır gözləyir yolunu tələ; Nəbi bu gün-sabah keçəcək ələ. S.Rüstəm. ‣ Tələ qurmaq məc. – birini aldatmaq üçün qurğu qurmaq, tədbir görmək, hiylə işlətmək. [Səfi bəy:] Çingizə bir elə tələ qurmuşam ki, əlimdən qurtarası deyil. S.S.Axundov. Tələyə düşmək məc. – hiyləyə uymaq, hiyləyə aldanmaq, tora düşmək. Dəmirov tələyə düşdüyünü anlayırdı. S.Rəhimov. Tələyə salmaq məc. – hiylə ilə birini çıxılmaz vəziyyətə salmaq, tora salmaq. [İbrahim bəy:] ..Mən onu elə bir tələyə salım ki, ölənə qədər çıxa bilməsin. N.Vəzirov. [Veysəl:] İki yüzdən artıq fəhlə səni görəndə zağ-zağ əssin, iki gədə səni tələyə salsın?! Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
tələ
I. duzaq, tor, dam, cələ
{tuzak, file, kafes, hile}
II. hiylə, kələk, fənd, qurğu
{hile, düzen, dolap, kurgu}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
tələ
kapan, tuzak