təktək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tək-tək
sif. və zərf
1. Birbəbir, bir-bir, ayrı-ayrılıqda. Mirqasım mollaların bəzilərinə tək-tək salam verməyə başladı. S.Rəhman.
2. Hərdənbir, arabir, bəzən, nadir. Məni də yorduqca arabir şəhər; Muğanın seyrinə çıxıram tək-tək. S.Vurğun. [Coğrafiya müəllimi] ancaq tək-tək hallarda gimnazistlərə yüksək qiymət verərdi. Q.İlkin.
3. Birgə deyil, ayrı-ayrılıqda bir-bir, ayrıayrı. Hamı tək-tək gəlib Cəfərqulu ilə əl-ələ görüşdü. Qantəmir. Bu quşlar çox vaxt təktək, bəzən də cüt-cüt gəzər, ..yalnız düz üstlərinə çıxdıqda havaya qalxarlar. M.Rzaquluzadə.
4. Adda-budda, bir-birindən aralı. Ötədəbəridə tək-tək ulduzlar fərq edilirdi. S.Hüseyn. Külək ağacları gətirir dilə; Fənərlər alışır yollarda tək-tək. H.Hüseynzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
tək-tək
I. bir-bir, ayrı-ayrı
{bir bir, ayrı ayrı}
II. seyrək, arabir
{seyrek, arada bir}