təkid
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təkid
[ər.]
1. is. Bir şeyin üstündə durma, israr etmə; israrla tələb etmə; israr. Rəisin təkidinə baxmayaraq, Səlim sarı şineli götürmədi. S.Rəhimov. • Təkid etmək (eləmək) – bir şeyin üstündə durmaq, israrla tələb etmək, israr etmək. Atası çox təkid edəndə Əmiraslan dedi: – Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov. Məşədibəy bir də təkid elədi, uşaq razı oldu. M.Hüseyn.
2. Təkidlə şəklində – bax. təkidən.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
tə’kid
israr, inad, səbat
{ısrar, inat, sebat}