turklehceleri.org

təcavüz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təcavüz

is. [ər.]
1. Başqa bir dövlətin ərazisini zəbt etmək, azadlığını əlindən almaq və ya məhdudlaşdırmaq, demokratiyanı boğmaq və irticaçı rejimlər yaratmaq məqsədilə onun üzərinə hücum etmə. // Hücum, həmlə, basqın. Düşmənin qəfil hava təcavüzünə uğramamaq üçün uzun-uzadı əsgər sıraları səkilərdə divar dibi ilə yeriyirdi. Ə.Əbülhəsən.
2. Zorakılıq, təzyiq, zülm, sıxıntı. Yasavulbaşı bilirdi ki, bəlkə də xan özünə qarşı edilən sui-qəsdi əfv edə bilər, amma elə, xalqa qarşı təcavüzü əsla bağışlamaz. M.Rzaquluzadə. // Hüququna toxunma, haqsızlıq etmə, haqsızlığa yol vermə. ..Əsgər keçən yerdə heç bir qız və qadın özlərini kişilərin təcavüzündən saxlamağa qadir deyildi. Çəmənzəminli. • Təcavüz etmək – hüququna toxunmaq, zorakılıq etmək, qəsd etmək. [Gözəl:] [Ölkəmizdə] adam döymək, adam öldürmək, birisinin malına və torpağına təcavüz etmək yoxdur. M.S.Ordubadi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

təcavüz

zor, güc, cəbr
{zor, güç, cebr}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

təcavüz

saldırı, tecavüz


Son arananlar: