tutuquşu
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tutuquşu
is.
1. zool. Tropik və subtropik ölkələrin meşələrində yaşayan alabəzək rəngli quş; tutu.
2. məc. dan. Öz müstəqil fikri olmayıb başqasının fikrini, sözlərini təkrar edən adam haqqında. ‣ Tutuquşu kimi ötmək (danışmaq) – dilavərcə, səlis danışmaq, rəvan danışmaq. Teymur baxır ki, bayaqdan tutuquşu kimi danışan vəzirlər, əyanlar Molla Nəsrəddini görcək lal oldular. “M.N.lətif.” [Şahmar:] ..Kinolarda min dəfə görmüşəm ki, sevən oğlanlar tutuquşu kimi ötürlər. B.Bayramov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
tutuquşu
papağan