tozlanmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tozlanmaq
məch.
1. Toza bulanmaq, toz basmaq, tozla örtülmək, tozlu olmaq.
2. Tozlama aparılmaq (bax. tozlama 2-ci mənada). Qırmızı yonca cır arıların vasitəsilə tozlanır. M.Axundov.
3. Zəhərli tozla dərmanlamaq (bitkilər haqqında). Pambıq sahəsi tozlandı.
4. Toz halına gəlmək, toza dönmək. İkicə günün ərzində günəş yolu o qədər qurutmuşdu ki, maşınların təkərinin altından boz torpaq tozlanıb havaya qalxırdı. M.İbrahimov.