toran
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
toran
is.
1. Səhər hava işıqlanan və ya axşam hava qaralmağa başlayan vaxt; alaqaranlıq. Axşam toranı. – [Kazım] səhər toranında meşəyə girdi. M.İbrahimov. • Toran çağı (vaxtı) – səhər havanın hələ işıqlanmadığı və ya axşam hələ qaranlıq düşmədiyi vaxt; alaqaranlıq. Toran çağı bir zorba kişi asta-asta o evə gedir. S.Rəhimov. Toran qovuşmaq (qarışmaq, düşmək, çökmək) – bax. toranlaşmaq 1-ci mənada. [Nazlı Ağabəyimə:] Daha toran qovuşur, evə gedək. Çəmənzəminli. Toran qarışıb duman çökəndə Hümmət evinin dalına hərlənib Qarakişini səslədi. B.Bayramov.
2. məc. Qaranlıq, duman. Neçin gözlərində aləm torandır; Yoxsa əcəl gəlir, axır zamandır? M.Rahim.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
toran
alaqaranlıq
{alaca karanlık}