tağalaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tağalaq
I. is. Sap, iplik və s. sarınan çarx. ..Arvad ayağa qalxdı və nə isə çaşqınlıqla cəhrənin ora-burasını, tağalağını, iyini, dəstəsini yoxladı. Ə.Əbülhəsən. [Tapdıq] özünü divarın dibinə verib, tağalağı dığırlatdı. Ə.Vəliyev.
II. bax. taqqanaq. ..Uşağın əlindəki tağalaq çörəklərin hərdən biri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. C.Məmmədquluzadə.