tac
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tac
is. [fars.]
1. Hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və cavahiratla bəzənmiş papaq. Padşah bunların ağıl-dərrakəsin görüb, yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına. (Nağıl). [Vaqif:] Nifrət! Qan çanağı taclara nifrət; Var olsun azadlıq, bir də məhəbbət! S.Vurğun.
2. məc. Padşah hakimiyyəti. Tacdan əl çəkmək. İmperiya dağılır, taclar düşür.
3. məc. Taca oxşayan, tacı xatırladan şey. // Bəzi quşların başında daraq şəklində çələng. // Zinət üçün başa qoyulan çələng və s. [Qəmər:] Bunlardan tac hörüb sənin başına qoyacağam. S.S.Axundov. [Səvər:] Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər. C.Cabbarlı.
4. məc. Son zirvə, ən yüksək zirvə; ən sevimli, ən qiymətli adam, şey haqqında. Sən mənim həyatım, ömrüm, tacımsan. M.Rahim. Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq həyat ağacıdır. B.Vahabzadə.
5. astr. Günəşin, Ayın və ya parlaq ulduzların ətrafında görünən parlaq işıq dairəsi; halə. Tam Günəş tutulma zamanı xromosferin parlaq gümüşü rəngli geniş təbəqə ilə əhatə olunduğunu görürük. Buna Günəş tacı deyilir. R.Hüseynov.
6. bot. bax. taccıq. ‣ Başına tac qoymaq məc. – yaxşı işə, münasibətə qarşı yaxşılıq etmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
tac
I. papaq
{tüylü deriden yapılan başlık}
II. çələng
{çelenk}
III. əziz, sevimli, sevkili
{aziz, sevimli, sevgili}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
tac
taç
Karaçay-Malkarca – Türkiye Türkçesi Sözlüğü (Nevruz, 1991)
tac
taç. Patçahnı ~ı: padişahın tacı, patçahnı ~ı tahtı: padişahın tacı tahtı.