sərin
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sərin
sif.
1. Az soyuq, ilıq ilə soyuq arası. Sərin hava. Sərin su. Sərin çeşmə. Sərin meh. – İtlər, çobanlar meşələrə, sərin kölgələrə çəkilmişdilər. A.Şaiq. Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən. N.Xəzri. // is. Sərin hava, sərin yer. Sərində oturmaq. Sərində yola düşərik. Sərinə çəkilmək. – ..Ətəyindən tutmuş və axşam sərinində titrəşən körpələr bir az da [Səriyyə xalaya] qısıldılar. M.İbrahimov. • Sərin düşmək – hava bir qədər soyumaq, sərinləşmək. Axşamlar sərin düşəndə əhali küçələrə tökülür. M.İbrahimov.
2. məc. Arası soyuq, incik, incimiş. Əzizim, nə dərindi; Dəryalar nə dərindi; Mən yara nə dedim ki; O mənimlə sərindi? (Bayatı). Yarpız isə çox sərin (z.) və etinasız cavab verirdi. Mir Cəlal. ‣ Sərin baxmaq – laqeyd olmaq, ürəyi yanmamaq, vecinə gəlməmək. Yad yığılıb sərin baxar, ağlamaz; Qərib öldüm, bikəs öldüm, ad öldüm. M.V.Vidadi. Ürəyini sərin saxlamaq – bax. ürəyinə sərin su səpmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sərin
soyuq
{soğuk}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sərin
serin