sərbəst
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sərbəst
sif. və zərf [fars.]
1. Başqasından asılı olmayan, özü öz ixtiyarında, başqası ilə bağlı olmayan; müstəqil. Ah, bu çocuqlar olmasa idilər, Zeynal nə qədər sərbəst və bəxtiyar olacaqdı. S.Hüseyn. // Azad, hürr. Sərbəst həyat. – Söylə, nə göstərim bu günə dair; Könüllər sərbəstdir, duyğular azad. S.Vurğun. // Heç bir şeylə məhdud edilməyən, maneəsiz. Sərbəst seçkilər. Sərbəst ticarət. Sərbəst fikir mübadiləsi.
2. Sıxılmadan, çəkinmədən, istədiyi kimi, təklifsiz. Mayanın Qaraşla belə sərbəst rəftarı, hətta ona söz buyurması Rüstəm kişiyə xoş gəlmədi. M.İbrahimov. // zərf Maneəsiz, çətinliksiz. Özünü sərbəst hiss etmək. – Sübhanverdizadə arxası üstə çevrildi. İndi onun qolları hər yana sərbəst hərəkət edə bilərdi. S.Rəhimov. Qadir, yəhərdə sərbəst oturmadığına baxmayaraq, dönüb .. qızılı şəfəqlərə diqqət etdi. Ə.Əbülhəsən.
3. Öz gücü, öz bacarığı ilə, təkbaşına, müstəqil. Mövzunu sərbəst işləmək. // Asanlıqla, çətinlik çəkmədən.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sərbəst
I. azad, müstəqil, asudə
{özgür, bağımsız, boş}
II. gen-bol, geniş
{bol, geniş}
III. boş, bekar
{boş, özgür}
IV. könüllü
{gönüllü}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sərbəst
bağımsız, erkin, özgür, serbest