turklehceleri.org

sıxmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sıxmaq

f.
1. Üstündən, ya yanlarından basmaq, təzyiq etmək. Qarpızı sıxıb yoxlamaq.
2. Kip birləşdirmək, bir-birinin üstünə bərk basmaq, qısmaq. Cavan müəllim .. susdu, dişlərini bir-birinə sıxdı, gözləri isə çox şeylər söyləyirdi. M.Rzaquluzadə. • Əlini sıxmaq – salamlama və ya başqa bir hissini (təşəkkür, hüsn-rəğbət, razılıq və s.) ifadə etmək üçün birinin əlini tutub bərk sıxmaq.
3. Meyvəni əl və s. ilə bərk basıb (sıxıb) suyunu çıxarmaq. Üzüm sıxmaq. Meyvə sıxmaq. Limon sıxmaq. // Bərk buraraq suyunu çıxartmaq. Paltarları sıxmaq. – Kimi dolaqlarını açıb, çəkmələrini çıxarır, kimi patavalarını sıxıb yenə də yaş-yaş geyirdi. Ə.Vəliyev.
4. məc. Sıxışdırmaq, ruhən incitmək, sıxıntı vermək. Belə hərəkət adamı sıxır. – Məni çox dərin bir kədər pəncəsinə alıb sıxmağa başladı. M.S.Ordubadi. Bilirəm, könlünü sıxır iztirab; Keçən məktubuna verirəm cavab. M.Rahim. Bəlkə mənim bu ziyarətlərim Yaqutu və gənc doktoru sıxırdı? Ə.Məmmədxanlı.
5. Tətiyi çəkib boşaltmaq (odlu silahı). [Bahadır] bu sözləri yazandan sonra tapançanı gicgahına qoyub sıxdı... N.Nərimanov. ..Kəblə Abbasəli aşpazxananın səqfinə iki güllə sıxdı. Mir Cəlal.
6. Dar gəlmək, dar olmaq (paltar, ayaqqabı). Tufli ayağımı sıxır.
7. Bərk çəkib bağlamaq. [Gülbadam] boynuna düşmüş ağ çit, qara çiçəkli yaylığı başına salıb, boğazının altından sıxdı. N.Nərimanov. ‣ Sıxıb suyunu çıxartmaq məc. – bərk sıxışdırmaq, bərk tənqid etmək, abrını vermək. Çünki Qoşatxan büro iclaslarının birində [Rüstəmin] də sıxıb suyunu çıxartmışdı. M.İbrahimov. [Şofer:] Qayda-qanunu nə tez unutdun, ay Yusif? Bəs demirsən sessiyada sıxıb suyunu çıxartdılar? B.Bayramov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

sıxmaq

I. basmaq, incitmək, qısnamaq, ezmək, tapdalamaq
{basmak, incitmek, tenkit etmek, ezmek, tepiklemek}

II. incitmək, qısnamaq
{incitmek, tenkit etmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sıxmaq

sıkmak


Son arananlar: