turklehceleri.org

sütül

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sütül

sif.
1. Hələ yetişməmiş, tamam dəyməmiş. Sütül qarğıdalı. – Arpanı sütül, buğdanı ötür. (Ata. sözü). Sütül sünbüllər ağır başlarını əyib sanki biçinçini gözləyir. Mir Cəlal. // İs. mənasında. [Gülməli:] Gördüm ki, Toppuzlular məhəlləsindən bir tüstü, bir alov qalxır ki, gəl tamaşasına. Dedim, bəlkə bu tezdən sütül ütürlər. Ə.Abasov.
2. Az bişmiş, alabişmiş. [Satıcı:] Qovurma. Ay sütül ciyər kababı; Hər kimin pulu var, yeyər kababı. M.Rahim. [Hatəmov Ümidə:] ..Sütül kababdan danışıb ağzımızı sulandırmaq istəyirsiniz? B.Bayramov.
3. məc. Yeniyetmə, tər. 15 yaşını yenicə doldurmuş sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək olar. Qantəmir. Bu otaqların binasını qoyanda, yaxşı yadıma gəlir, mən lap sütül cavandım. Mir Cəlal.


Son arananlar: