susuzluq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
susuzluq
is.
1. Ürəyi bərk su istəmə, su içmə ehtiyacı; yanğın. [Yaralı:] Ay bala, susuzluqdan yandım. Ə.Haqverdiyev. Şirzad susuzluqdan dodağının quruduğunu hiss edib düşərgəyə tərəf yollandı. M.İbrahimov. [Nuriyyə:] Mən aclığa davamlıyam, susuzluğa yox. İ.Əfəndiyev.
2. Quraqlıq, rütubətsizlik. [Tahir:] Həmən kanal susuzluqdan yanan düzlərə can verəcək. M.Hüseyn.