sulamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sulamaq
f.
1. Sərinlik üçün su tökmək, su axıtmaq, su çiləmək, su səpmək. Küçəni sulamaq. Meydançanı sulamaq. – Hüseynəli əmi həyəti sulamaqda idi. M.S.Ordubadi. [Cəlil] dükanın qabağını süpürüb sulayardı. İ.Musabəyov. // Məc. mənada. ..Xəzri haradansa buludları qovub gətirmiş, Bakını şiddətli və qısa yağışla sulayandan sonra, birdən xırp kəsilmişdi. M.Hüseyn.
2. bax. suvarmaq. [İlyas Adiləyə:] Məndən başqa bir neçə oğlan uşağı da göl qırağında atını sulayırdı. Ə.Məmmədxanlı.
3. Dibinə su tökmək, su vermək. Ağacları sulamaq. Dibçəkləri sulamaq. – Südabə axşam sərini düşəndə balaca bağçasındakı qırmızı gülləri sulayıb çarhovuz daşının üstündə oturmuşdu. M.İbrahimov.
4. Yumşaltmaq üçün su çiləmək. [Səriyyə:] ..Nazik ağ yuxadan bir neçəsini sulayıb qoydum. İ.Əfəndiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sulamaq
suvarmaq, çiləmək, səpələmək
{suvarmak, damlatmak, serpmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sulamaq
sulamak