subyektiv
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
subyektiv
sif. [lat.] Subyektə, şəxsə, şəxsiyyətə aid olan, onunla bağlı olan, ondan asılı olan. Subyektiv səbəblər. Tarixdə subyektiv amil. İşin subyektiv tərəfi. // Tək bir şəxsə (subyektə) aid olan, xas olan, ancaq onun fikirlərini, hissiyyatını, təəssüratını əks etdirən; şəxsi, fərdi. Məsələyə subyektiv yanaşma. Bu sənin subyektiv fikrindir. // Qərəzkar, qeyri-obyektiv. Subyektiv olmaq. ‣ Subyektiv idealizm fəls. – idealizmin əsas formalarından biri, subyektivizm (1-ci mənada).