soyutmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
soyutmaq
f.
1. Bir qədər soyuq eləmək, soyuq hala salmaq, soyumasına səbəb olmaq. Pəncərəni açıb otağı soyutmaq. Xörəyi soyutmaq. – Nə qədər yel soyutsa da havanı; Çoban artıq büründü bərk çuxanı. A.Səhhət. [Salman] özünü havaya verib, tərini soyudurdu. M.İbrahimov.
2. məc. Ruhdan salmaq, həvəsdən salmaq, uzaqlaşdırmaq, gözündən salmaq. Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub dərbədər etdin məni sən. A.Səhhət. [Mirva] dünən bu qızı xəstə kimi qələmə verməkdə Aslandan soyutmaq istəyirmiş. S.Vəliyev. ‣ Acığını (hirsini) soyutmaq – acığını, hirsini yatırtmaq, sakitləşdirmək. ..Gülyaz qocanı dilə tutub yumşaltmaq, onun hirsini soyudub, öz istəkli qızını bu ağır xəstəlik yatağından qaldırmaq istəyirdi. S.Rəhimov.
Son arananlar: