turklehceleri.org

sorğu

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sorğu

(=sorğu-sual) is. Sual, sual etmə, verilən sual. Sorğuya qısa cavab vermək. – Ağsaçlı, ağbığlı, ağsaqqallı, ancaq lalə kimi qırmızıyanaqlı Əmiraslan baba nəvəsinin sorğularına cavab verirdi. S.Rəhimov. [Azad:] Qoy xəbər verim, yoxsa sorğu-sualdan yaxamızı qurtara bilməyəcəyik. S.Rəhman. Səfiyyə sorğu-sualı uzatmamaq üçün tələsik ünvanı, hətta evin nömrəsini də deyib getməyə icazə istədi. H.Seyidbəyli. // Dindirmə, suallar vermə, soruşma, istintaq. • Sorğu (sorğu-sual) etmək – soruşmaq, sual vermək. [Çiyələk] sorğu-sual eləmədi, lakin mahiyyətinə də enmədi. B.Bayramov. Sorğu-suala tutmaq – dalbadal sual vermək, çox dindirmək, soruşmaq. [Malik] məsələni anlamaq üçün kim gəldi, sorğu-suala tuturdu. M.İbrahimov. [Həkim:] [Ataşı] bu saat sorğu-suala tutmaq olmaz. Ə.Vəliyev.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sorğu

gensoru, sorgu, soru


Son arananlar: