sormaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sormaq
I. f. Soruşmaq, sual etmək, xəbər almaq. Gər sual eyləsə zahid, ki nədir nəşeyimey? Degilən, get onu meyxanədə sağərdən sor. S.Ə.Şirvani. Bahadır papiros yandırıb Sultandan sordu.. N.Nərimanov. Əhməd hekayəsini tamam etdi. İkimiz də bir-birimizin üzünə baxırdıq. Əhməd gözləyirdi ki, mən bir şey soracağam. T.Ş.Simurq.
II. f.
1. Əmmək. Boynum qolunu dilər həvadan; Ləlim ləbini sorar səbadan. Füzuli. Uşaq iydən ürkən kimi olub başını buladı, lakin yenə də döşü tapıb sordu. M.İbrahimov.
2. Dil və dodaqların hərəkətilə konfet, qənd və bu kimi şeyləri ağzında yavaş-yavaş əridərək yemək. Monpası sormaq. Nabat sormaq. – [Mustafa] haradansa tapdığı çay daşını durmadan sorurdu. S.Vəliyev.
3. bax. sovurmaq. Dağ üstə boran gəlir; Qarları soran gəlir. Atın dördnala çapır; Arxamda duran gəlir. (Bayatı). ‣ Qanını (şirəsini) sormaq – bax. qanını sormaq (“qan”da). ..Mir Yəhya ağalar avam qardaşlarımızın canına daraşıb .. qanlarını sorurlar. C.Məmmədquluzadə. Nə qədər ki, [mülkədarlar] yaşayırlar, sizin şirənizi soracaqlar. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sormaq
I. dindirmək
{soruşturmak}
II. əmmek
{emmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sormaq
sormak
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
sormaq
ağ. bk. sorumaq.