turklehceleri.org

sirr

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sirr

is. [ər.]
1. Başqalarından gizli saxlanılan, başqalarına bildirilməyən, deyilməyən, hamının bilməli olmadığı söz, iş və s. Ev bizim, sirr bizim. (Məsəl). [Kəndli Balasultana:] Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun. C.Məmmədquluzadə. [Şərif Almaza:] Biz də deyirik ki, belə olsun ki, sirrimiz bayıra çıxmasın. C.Cabbarlı. [Südabənin anası:] Qulaq asın, sizə bir sirr deyəcəyəm. M.İbrahimov. // Gizli səbəb; bir şeyin daxili, gizli mahiyyəti. Müvəffəqiyyətin sirri. Qələbənin sirri.
2. Hələ açılmamış, dərk edilməmiş, öyrənilməmiş bir müəmma kimi qalmış şey. Təbiətin sirləri. Kosmosun sirləri. – [Usta Ramazan] torpağın sirrini öz ürəyinin sirri kimi bilirdi. M.Hüseyn. Dünyanın bütün sirlərini öz arzu və əməllərinə görə açan və şərh edən insan özünü bu sirrə də vaqif bilirdi. M.Rzaquluzadə. // Başqalarının bilmədiyi məlumat, bilik, üsul, yol. Aktyorluq sənətinin sirlərini bilmək. Öz ixtisasının sirlərini dərindən öyrənmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

sirr

pünhanlıq, məxfilik, gizlilik, xelvətilik, əlaltılıq
{pinhanlık, mahfilik, gizlilik, esrar, muamma}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sirr

sır


Son arananlar: