saçılmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
saçılmaq
f. Dağılmaq, yayılmaq, səpələnmək, ətrafı bürümək. Göy səmti açıldıqca könüllər də açıldı; Dünya üzünə zövq, səfa endi, saçıldı. A.Səhhət. Güllərin ətri otların iyinə qarışıb ətrafa saçılmaqda idi. T.Ş.Simurq. Yamaclarda boynubükük bənövşələrin ətri saçılır, qönçələrə, düymələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə.