turklehceleri.org

sayə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sayə

is. [fars.]
1. Kölgə. Sən bir ağacsan ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən. Q.Zakir. [Dərviş:] Ruqiyyə əvəzində duman arasında sayə görürdüm.. A.Divanbəyoğlu. • Sayə salmaq – kölgə salmaq, kölgələmək. Qaşın qabağında sığallı birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.
2. məc. Himayə, mühafizə, qoruma. [Pərvizxan:] Mərhəmətiniz artıq, lütfünüz ziyadə, sayəniz kəm olmasın. M.S.Ordubadi. • Sayə salmaq – himayə etmək, mühafizə etmək, kömək etmək, himayəsi altına almaq. Şahlar şahı sayə salsın üstümə; Ələsgərtək bəxtiqara dolansın. Aşıq Ələsgər.
3. Sayəsində şəklində – “nəticəsində”, “səbəbilə”, “köməyilə” mənalarında. Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar... F.Köçərli. ‣ Bu (o) sayədə – bunun (onun) nəticəsində, səbəbilə, üzündən. Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun. A.Səhhət.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sayə

himaye


Son arananlar: