turklehceleri.org

savadsızlıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

savadsızlıq

is.
1. Savadsız olma, yazıboxumağı bacarmama; avamlıq, cəhalət. [Mehribanın] nöqsanı yalnız savadsızlığı idi. S.Hüseyn. “Kəşkül” də “Əkinçi” kimi savadsızlıq və cəhalət əleyhinə çıxaraq, elm və mədəniyyətin yayılması uğrunda çarpışırdı. M.İbrahimov. Özünün iqrar etdiyinə görə tay-tuşları gecə kurslarında da olsa, oxuyub savadsızlıqlarını ləğv etdilər. Ə.Vəliyev.
2. məc. Bacarıqsızlıq, qabiliyyətsizlik, biliksizlik, naşılıq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

savadsızlıq

I. biliksizlik, təcrübəsizlik, mə’lumatsızlıq
{bilgisizlik, tecrübesizlik, malumatsızlık}

II. bacarıqsızlıq, kütlük
{beceriksizlik, anlayışsızlık}


Son arananlar: