salxım
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
salxım
is. Üzüm gilələrinin bir budaqcıqdakı topası. Şanı salxımı. Sarıgilə salxımı. – Üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi bəzəyir... S.S.Axundov. Cabbar içəri girən kimi, Çimnaz süfrədə qalan... üzüm salxımını götürüb ona uzatdı. Ə.Əbülhəsən. // Bu şəkildə olan hər hansı şey. Arı salxımı. Buz salxımı. – Nə olar, bircə salxım yasəmən üz, ver mənə! Əllərinin gül ətri qarışsın yasəmənə. R.Rza. Bayaqdan bəri əncir-üzüm yeyib püstə salxımlarına gözaltı baxan ovçu dostum qəti olmayan bir hərəkətlə bir salxım püstə götürdü. M.Rzaquluzadə. salxım-salxım zərf Salxım kimi, salxımlar şəklində. Buz salxım-salxım sallanıb. – Yasəmənin gülləri salxım-salxım olub sallanırdı. İ.Əfəndiyev. [Çimnaz] indi bir tovuz kimi əlvan boyalarla bərq vurur, ..qızıl gərdənbəndlər, mirvari boyunbağılar boynundan salxım-salxım aşağı sallanırdı. Ə.Məmmədxanlı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
salxım
salkım