rəng
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
rəng
is. [fars.]
1. Bir şeyin işıq tonu. Tünd rəng. Qırmızı rəng. – Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Xoşdur mənə, xoşdur bu təbiətdəki rənglər. S.Rüstəm. • Rəngi qaçmaq (getmək) – öz təbii rəngini itirib bozarmaq, ağarmaq, solmaq. Kosanın şapkası günün və yağmurun təsirindən rəngi qaçmış, əyilərək təsəyə dönmüşdü. S.Rəhimov. Mənə aynabəndin rəngi getmiş qapısını açmaq kifayət idi ki, onu görüm. Ə.Məmmədxanlı. ...rəngə çalmaq – bir rəng vermək, bu və ya digər rəngə oxşamaq. Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. S.S.Axundov. Tahirin yanaqları bozumtul rəngə çalırdı. M.Hüseyn. Rəngi qaçmış – öz rəngini itirmiş; ağarmış, bozarmış. Rəngi qaçmış çit. Rəngi qaçmış paltar.
2. bax. boya 1-ci mənada. Yağlı rəng. Sulu rəng. – Dəftərdə qəşəng rənglə çəkilmiş quş, pişik və it şəkli vardı. Ə.Vəliyev.
3. Qadınların dodaqlarına, üzlərinə çəkdikləri, əsasən, qırmızı boya. Dodağına rəng çəkmək.
4. məc. Xüsusiyyət, zahiri görünüş, təzahür forması. ..Həyat öz rəngini və ahəngini dəyişməkdədir. M.İbrahimov. Varlığın rəngi sənsən, ahəngi sənsən; Çiçəklərin, nurların çələngi sənsən. M.Müşfiq.
5. mus. Muğamatda təsnifdən sonra, bəzən və müstəqil olaraq çalınan musiqi parçası. Rəng çalmaq. ‣ Rəng korluğu tib. – bax. daltonizm. Rəng korluğu xromatik rəngləri duymağı və fərqləndirməyi bacarmamağa deyilir. M.Məhərrəmov. Rəng verib rəng almaq – 1) bax. rəngdən-rəngə girmək (düşmək). Dünən yağan şiddətli yağışdan sonra İncəli dərəsinin hər iki yanı rəng verib rəng alırdı. M.Hüseyn; 2) məc. pərtlikdən, hirsdən və s. qızarmaq, bozarmaq, pörtmək. ..Ruqiyyənin üzünə baxdım, yanaqları rəng verib rəng alırdı. A.Divanbəyoğlu. Hacının gecikməsinə qonaqlardan artıq Minaxanım əsəbiləşir, qəlbindəki sıxıntı və çırpıntıdan rəng verib rəng alırdı. A.Şaiq. Rəng vermək – başqa cür yozmaq, başqa məna vermək, deyildiyi kimi deyil, özü istədiyi kimi mənalandırmaq, rəng yaxmaq. Cəhd eylə, verilməsin sənə rəng! Derlər, səni eşqə mübtəlasan. Füzuli. Sabahdan bu işə min rəng verib bazarda danışdılar. Çəmənzəminli. Rəng yaxmaq – böhtan atmaq, ləkələmək. Rəngdən-rəngə girmək (düşmək) – 1) müxtəlif rənglər vermək, müxtəlif rənglərə çalmaq, tez-tez rəngi dəyişmək. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək alışıbyanır. S.Rüstəm; 2) məc. öz cildini dəyişmək, mühitə uymaq, dondan-dona girmək. ...rəngə girmək (düşmək) – bax. rəngdən-rəngə girmək (düşmək) 2-ci mənada. [Muxtar] özünü qarşısındakı adama bəyəndirib sevdirmək üçün hər rəngə müvəffəqiyyətlə girə biləcək bir istedada malik idi. S.Hüseyn. Rəngi üzündən götürülmək – bax. rəngi qaçmaq. Cümşüdün rəngi üzündən götürülmüşdü, xan ilə yalqız otaqda qalmaq ən böyük bir əzab idi. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
rəng
I. boya
{boya}
II. cür, növ
{tür, cins}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
rəng
renk