rəncbər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
rəncbər
is. [fars.]
1. Taxıl əkib becərməklə məşğul olan kəndli; əkinçi, taxılçı. İş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin, ilahi?! M.Ə.Sabir. [Molla Xəlil] gərək adi bir rəncbər kimi xışın dəstəsindən yapışsın, əkinçiliyə başlasın. S.Hüseyn.
2. Zəhmətkeş, əməkçi kəndli. [Mirzə:] Bəylərin, xanların yerləri hamısı əllərindən alınıb camaata, rəncbərlərə verilir. Ə.Haqverdiyev. Ədhəm kişi ucaboylu, enlikürəkli, həddindən artıq genişalınlı, iri gözlərilə olduqca mehriban təsir buraxan bir rəncbər idi. M.Hüseyn.