rəcəz
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
rəcəz
is. [ər.] klas.
1. Əruz vəznində olan şeir formalarından birinin adı.
2. Döyüş və güləşmədən əvvəl pəhləvanların üz-üzə durub oxuduqları şeir. Uluq bəy əlindəki qılıncını göydə oynadaraq rəcəz oxuyur. A.Şaiq. Bəylər pəhləvan kimi meydana girib, bir-birinə rəcəz oxudular. Ə.Vəliyev.