riqqət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
riqqət
is. [ər.] Ürək yumşaqlığı, ürək incəliyi, şəfqət. İlk dəfə idi ki, Sadıq kişi oğlunun, əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal. // Təsirlənmə, mütəəssir olma, acıma; təəssür. ..Tələbələrin səhnədə göstərdikləri müvəffəqiyyəti gördükcə riqqət və sevincindən gözləri yaşlar içində qalırdı. A.Şaiq. Toplaşanlardan çoxunun gözü həyəcan və riqqətdən yaşarmışdı. R.Rza. • Riqqətə gəlmək – bax. riqqətlənmək. Anasının mehribanlığından riqqətə gəlmiş və ürəyi açılmış Qaraş gülümsədi. M.İbrahimov. Bu söhbətdən sonra Ulduz riqqətə gəlmiş, artıq anasının könlünü sındırmayaraq o tibb institutuna daxil olmuşdu. Ə.Məmmədxanlı. Riqqətə gətirmək – bax. riqqətləndirmək. Axund Fərəc, vəhşi adlandırdığı bu .. xalqı ağladacaq, riqqətə gətirəcək və sonra bütün acığını çıxacağını zənn edirdi. Qantəmir. “Riqqətləndirmək”dən f.is.