turklehceleri.org

qəzəl

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qəzəl

is. [ər.]
1. ədəb. Eşq və məhəbbəti tərənnüm edən, beytlərinin qafiyəsi bir olan 5-10 beytli lirik şeir (əski şeir forması). Füzulinin qəzəlləri. – Gəl danışma müxəmməsdən, qəzəldən; Şeri-həqiqətdən, mədhi-gözəldən.. M.V.Vidadi. O kimdir sularda qəzəl oxuyur? Cahana hər gələn bir əsər qoyur. S.Vurğun.
2. mus. Mahnı – romans janrına yaxın, kiçik formalı musiqi əsəri. Üzeyir Hacıbəyovun Nizaminin sözlərinə yazdığı “Sevgili canan”, “Sənsiz” qəzəlləri. ‣ Qəzəl oxumaq məc. – boşboğazlıq etmək, boş-boş danışmaq.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qəzəl

gazel


Son arananlar: